EİM rəhbərliyi Aqrar Elm Mərkəzində olublar

EİM rəhbərliyi Aqrar Elm Mərkəzində olublar

Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin (EİM) Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov başda olmaqla qurumun bir qrup əməkdaşı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzində olublar. AMEA Elmi İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Mərkəzin direktoru, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Əsəd Musayev və direktor müavini, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Eldar Kosayevlə görüşüb. Görüşdə aqrar sahədə tədqiqatlar və innovasiyalar sisteminin təşkili mövzusunda söhbətlər aparılıb, əsas iqtisadi problemləri tədqiq etmək, xırda fermer təsərrüfatı sahəsində sahibkarlığın inkişafı, informasiya monitorinq sisteminin yaradılması, taxıl istehsalı və emalına dair yeni layihələrin işlənməsi və s. mövzuda fikir mübadiləsi olub.

"

Bütün xəbərlər Facebook səhifəmizdə