Küçə və prospektlərin adları qarşısında məlumat lövhələrinin vurulması təklif edilir
"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Şəhid adlarının əbədiləşdirilməsinə ictimai dəstək" layihəsinə yekun vurub. Bu barədə SİA-ya ictimai birliyin sədri Rövşən Ağamalıyev məlumat verib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi küçələrə, parklara verilən şəhid adlarının qarşısına şəhid sözünün yazılması olub: "Bu işin həyata keçirilməsi ondan irəli gəlir ki, hər kəs yaşadığı küçənin və ya oxuduğu məktəbin hansı şəhidin adını daşıdığını öyrənsin".
R.Ağamalıyev deyib ki, layihə Bakı şəhərinin dörd rayonunda həyata keçirilib: "Layihənin icarı zamanı Bakı şəhərinin Binəqədi, Nəsimi, Nizami və Xətai rayon icra hakimiyyətləri şəhid adının daşıyan küçələri bizə tqdim etdi. Bunun əsasında müvafiq monitorinq apardıq və layihə uğurla icra edildi".
Birlik sədri əlavə edib ki, belə bir layihə Azərbaycanda ilk dəfədir icra olunur və davamı olacaq: "İctimai Birlik olaraq bu işi biz həyata keçirdik. Ancaq bu işlə müvafiq icra hakimiyyətlərinin özü məşğul olmalıdır. Bu məsələdə bir qədər məsuliyyətsizlik olduğuna görə, ictimai birlik olaraq bu işi öz üzərimizə götürdük".
R.Ağamalıyev qeyd edib ki, digər rayonlarda da belə halların aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinə mktubla müraciət edilib: "Hesab edirəm ki, belə bir ağır işi ictimai birlik olaraq sona qədər apara bilməzdik. Biz QHT olaraq bu işə mənəvi, ictimai dəstək olmalı idik. Yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə biz bu işə həm də maddi dəstək verdik".
Birlik sədri təklif edib ki, bütün küçə və prospektlərin adları qarşısında məlumat lövhəsi vurulsun: "Layihənin icrası zamanı bir sıra acınacaqlı hallarla qarşılaşdıq. Belə ki, şəhid adını daşıyan məktəbin direktoru həmin şəhidin kimliyi haqqında məlumatsız idi. Bundan başqa Qara Qarayev küçəsində gəncin birindən soruşuruq ki, Qara Qarayev kimdir? Cavabında bildirir ki, Qarabağın futbolçusu. Ona görə də nəinki şəhid, ümumiyyətlə bütün küçələrdə məlumat lövhələri vurulmalıdır ki, sakinlər məlumatlı olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB