Avqustun 29-dan sentyabrın 2-dək Türkiyənin İzmir şəhərində 83-cü Beynəlxalq İzmir sərgisi açılacaq. SİA-nın verdiyi məlumata görə, sərgi Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin dəstəyi və "İzmir Fuarcılık A.Ş" şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
Sərgidə logistika sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulub.
Azərbaycanda fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgiyə dəvət olunurlar. Bu il sərginin təxminən 80 min kvadratmetr ərazidə təşkil olunacağı, tədbirə 1000-dən çox yerli və xarici nümayəndənin iştirakı və 2 milyona yaxın ziyarətçinin qatılacağı gözlənilir.
Sərgi haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər aşağıda qeyd olunan ünvanlara müraciət edə bilərlər: Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi: tel: +90 312 201 60 25/26; faks: +90 312 219 68 64; mob: +7 (701) 226 31 55; +7 (777) 151 22 49; email: [email protected]; [email protected].
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB