Yararsız məhsullar satışdan çıxarılaraq məhv edilib

Yararsız məhsullar satışdan çıxarılaraq məhv edilib

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xətai, Suraxanı, Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Qax, Zaqatala, Gəncə, Zərdab, Hacıqabul, Qusarda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, 40 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə