İlin sonunadək daha 5 rayonda əlil və şəhid ailələrinə evlər təqdim ediləcək
Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın müxtəlif bölgələrində 118 əlil və şəhid ailəsi mənzillə təmin edilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, hazırda ƏƏSMN-nin sifarişi ilə Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərinin tikintisi işləri aparılır.
İlin sonunadək həmin çoxmənzilli yaşayış evlərinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Mənzillər nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) ictimaiyyətə açıqlanan növbəlilik siyahısı əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.
Xatırladaq ki, Prezidentin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, cari ilin 1 yanvarınadək mənzil növbəsinə götürülən əlil və şəhid ailələri 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB