“Azercell” “Twitter” sosial şəbəkəsində də liderdir

“Azercell” “Twitter” sosial şəbəkəsində də liderdir

"Azercell Telekom" MMC "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində istifadəçilərin verdiyi sualları operativ cavablandırmaqla 89 faiz nəticə əldə edib. Hazırda şirkətin "Twitter"də 46 mindən artıq izləyicisi var və bu göstəriciyə görə "Azercell" Azərbaycanın mobil operatorlar arasında birincidir. Şirkət bu yaxınlarda "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində müştərilərin suallarının cavablandırılmasına görə 100 faiz rekord göstəriciyə imza atıb.

"Azercell" həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur. Hazırda onun abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və sosial şəbəkələrin imkanlarından istifadə edirlər.

Daha ətraflı məlumat [email protected] ünvanında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə