Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi dəyişildi

Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi dəyişildi

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib. SİA-nın xəbərinə görə, dəyişiklik Kollegiyanın üzvləri ilə bağlıdır. Milli Arxiv İdarəsi rəisinin müavini Əsgər Rəsulov, Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov, Milli Arxiv İdarəsinin təşkilat - metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abbasova, Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Həsən Həsənov, Dövlət Arxivinin direktoru Emin Sərdarov, Dövlət Kino-foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlı Kollegiyanın üzvləri təsdiq ediblər. Yeni tərkibə Milli Arxiv İdarəsi rəisinin müavini və Dövlət Kino-foto Sənədləri Arxivinin direktoru əlavə edilib, Dövlət Arxivinin Bakı filialının direktoru Kollegiyanın tərkibindən çıxarılıb. Bununla da Kollegiya üzvlərinin sayı 5 nəfərdən 6 nəfərə çatdırılıb.

Qeyd edək ki, Milli Arxiv İdarəsinin kollegiyasının sədri Ataxan Paşayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə