Prezident yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı Urxan Seyidovun nüfuzlu Harvard beynəlxalq məcmuəsində (HR Harvard International Review) "iPhone democracy"(iPhone demokratiyası) adlı məqaləsi dərc olunub. SİA-nın xəbərinə görə, müəllif dünyada demokratik proseslərin inkişafını istiqamətləndirən amillərdən söz açıb, demokratiyanın digər idarəçilik formaları ilə müqayisədə təhlilini verib, siyasi və iqtisadi amillərin demokratiyanın genişlənməsində bu və ya digər cəhətdən oynadığı rolu və müasir geopolitik vəziyyətdə iqtisadiyyatın siyasətə, dolayısı ilə demokratiyaya təsirini ustalıqla qələmə alıb. Bu nüfuzlu elmi məcmuədə Urxan Seyidov ilk azərbaycanlı araşdırmaçı kimi məqalə dərc etdirib.
Xatırldaq ki, Azərbaycanlı araşdırmaçı, doktorant Urxan Seyidov siyasi və beynəlxalq məsələlər üzrə bir sıra elmi məqalə və yazıların müəllifidir. Onun məqalələri beynəlxalq jurnal və məcmuələrdə dərc olunub, o cümlədən Azərbaycanda geniş oxucu kütləsi qazanıb.
Qeyd edək ki, Harvard beynəlxalq məcmuəsində (HR Harvard International Review) beynəlxalq münasibətlər üzrə mövzular geniş müzakirəedilir. Bu məcmuə xəbərlər, şərhlər və təhlil mənbəyidir, əsasən ciddi, akademik müzakirələr üçün forum kimi xidmət göstərərək nəzəriyyəyə müraciət, tarixi tendensiyaların təhliledilməsi ilə fərqlənir. Məqaləylə bu linkdən tanış olmaq mümkündür: (http://hir.harvard.edu/archives/7012)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB