İsrail Bakıda keçiriləcək sərgiyə 16 şirkətlə qatılacaq

İsrail Bakıda keçiriləcək sərgiyə 16 şirkətlə qatılacaq

İsrail müdafiə sənayesi sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 müdafiə sərgisində İsrail Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlığı Agentliyinin (SİBAT) rəhbərliyi altında 16 şirkətlə qatılacaq. SİA-nın sərginin təşkilatçısı olan "İteca Caspian" şirkətinə istinadən verdiyi məlumata görə, sərgidə İsraili SİBAT və dünyanın böyük müdafiə şirkətləri olan "Elbit Systems", IMI, İAİ, IWI, "Rafael"-lə yanaşı, müdafiə sənayesində tanınmış "Aeronautics", "Visionmap", "ATL-Atlantic Technologies", "Camero-Tech", DSIT, "Fibrotex Tech", "İspra LTD", "Plasan", "Meprolight", "Ness Technologies" şirkətləri də təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə