DİN Masallıdakı uçqunla bağlı məlumat yaydı

DİN Masallıdakı uçqunla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Masallıda baş verən uçqunla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də Masallı şəhəri Dadva küçəsində kanalizasiya xətlərinin quraşdırılması məqsədi ilə qazıntı işləri aparan tikinti şirkətinin işçiləri - Müsəddiq Novruzov və Ramin Seyidov torpaq uçqunun altında qalıblar

Q. Novruzov hadisə yerində ölüb, R. Seyidovu isə xilas etmək mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə