Tovuz və Şamaxıdakı yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb
Avqustun 19-da Tovuz və Şamaxı rayonlarının kənd bələdiyyələrinə məxsus bir neçə ərazidə yanğın hadisəsi baş verib, quru ot örtüyü və kol kos yanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti əməkdaşlarının və ETSN-in yerli qurumlarının birgə səyi nəticəsində yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində meşə sahəsi yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB