Lənkəranda uşaq əməyinin istismarı ilə bağlı məsələlər müzakirə edilib

Lənkəranda uşaq əməyinin istismarı ilə bağlı məsələlər müzakirə edilib

Lənkəran şəhərindəki Gənclər Mərkəzində yetkinlik yaşına çatmayanların istismarının və uşaq əməyindən istifadə hallarının qarşısının alınması ilə bağlı təlim məşğələsi keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları, Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı rayonları üzrə aidiyyəti qurumların əməkdaşları, təhsil işçiləri və KİV-in nümayəndələri iştirak ediblər.

Təlim məşğələsində AQUPDK-nın əməkdaşları Pərviz Əliyev və Fərid Ədilovun uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatları olub.

Tədbirdə çıxış edənlər mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə