“Azercell” nüfuzlu beynəlxalq mükafata layiq görülüb

“Azercell” nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"Azercell Telekom" MMC telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklərə və həyata keçirdiyi innovativ layihələrə görə üç nominasiya üzrə nüfuzlu "Stevie biznes" beynəlxalq mükafatına layiq görülüb. Şirkətdən bildirilib ki, dünyanın 200-dən çox tanınmış eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində "Azercell"in "Bölgə" tarifi "İlin ən yaxşı məhsulu" nominasiyasında qaliblərdən biri olub. Eyni zamanda, 4G şəbəkəsinin istifadəyə verilməsi, ölkədə sürətli mobil internetin təqdim edilməsi, ən yeni texnologiyaların tətbiqi və digər nailiyyətlərinə görə "İlin telekommunikasiya şirkəti" seçilib. "Azercell" "İlin ən yaxşı müştəri xidməti" nominasiyasının da qalibləri sırasında yer alıb.

"Stevie biznes" beynəlxalq mükafatı qaliblərə 2014-cü ilin oktyabrında Parisdə təqdim olunacaq.

Daha ətraflı məlumat [email protected] ünvanında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə