“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə təşəkkürnamə verilib FOTO
"Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına və sosial adaptasiyasına göstərdiyi diqqət, qayğıkeş münasibət və dəstəyə görə "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib. SİA-nın xəbərinə görə, bununla əlaqədar olaraq, təşəkkürnamənin təqdim edilməsi görüşü keçirilib.
Görüşdə "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyinin sədri Namiq Nəcəfov "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin etdiyi yardımların əhəmiyyətini vurğulayaraq, birliyin sədri Sevinc Abdullayevaya minnətdarlığını bildirib.
Sevinc Abdullayeva isə öz növbəsində sağlamlıq imkanları məhdud olan uşaqlara diqqət və qayğı göstərilməsində Heydər Əliyev Fondunun xidmətlərindən danışıb və qeyd edib ki, "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyi də məhz fondun təşəbbüsü nəticəsində ərsəyə gətirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB