Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisinin idarə heyətinin üzvü Humay Baxışova London Meridian Kollecində təqaüdlə təhsilini davam etdirib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, 1 ay davam edən təhsil müddətində Mərkəzin əməkdaşı kollecdə təhsil alan Ələcazair, Hindistan, Çin, İtaliya, Braziliya və digər ölkələrdən xeyli gəncin iştirakı ilə Azərbaycan mədəniyyəti günləri təşkil edib, əcnəbi vətəndaşlara Qarabağın tarixi haqqında əyani vəsaitlər paylanıb. Tədbir zamanı Mərkəzin hal –hazırda davam edən " Azərbaycan mədəniyyətini tanıyaq" layihəsi çərçivəsində əcnəbi vətəndaşlara ölkəmizin musiqi tarixi, qədim incəsənət sahələri, adət-ənənələri, milli mətbəxi haqqında geniş məlumat verilib.
Təhsil müddətinin sonunda Kolleci müvəffəqiyyətlə bitirən Humay Baxışova "Achieved First Certificate (CEFR – R2) ixtisas dərəcəsi ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB