Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 95 illiyi münasibətilə Samux rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Samux rayon Mədəniyyət və Turizm Şöbəsi, Samux Rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi Qərb regional ofisi, "Gənc Dost" Gənclər İctimai Birliyinin rəhbər və nümayəndə heyətinin iştirakı ilə Samux rayon N saylı hərbi sərhəd zastavasında əsgər və zabit heyəti ilə birlikdə təntənəli şəkildə qeyd olunub. SİA-nın xəbərinə görə, tədbiri Samux rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova giriş sözü ilə açaraq, sərhəddə xidmət göstərən əsgər və zabitlərimizi təbrik edib.
Daha sonra Samux Rayon Mədəniyyət və Turizm Şöbəsinin Müdiri Kamil Vəliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Samux rayon Gənclər və İdman İdarəsinin Müdiri Rəşad Qarayev və digər təşkilat rəhbərləri çıxış edərək, Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 95 illiyi münasibətilə sərhədçilərimizi təbrik ediblər.
Tədbirdə iştirak edən N saylı Hərbi Hissənin Komandiri təşkil olunmuş tədbirə görə qonaqlara öz təşəkkürünü bildirib və qeyd edib ki, bu gün rayon ictimaiyyəti simasında gənclərin bu görüşlərdə aktiv iştirakı bir daha sübut edir ki gənclərdə vətən sevgisi , eşqi sönməzdir, daim əbədidir ,ölməzdir.
Tədbir rəngarəng musiqi proqramı ilə çox möhtəşəm şəkildə davam etdi və sonda əsgərlərə bayram sovqatı paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB