Azərbaycanın hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. SİA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 58 yaşlı Mehmet Yaylak vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmada ittiham olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB