Sabahdan temperatur enəcək PROQNOZ

Sabahdan temperatur enəcək PROQNOZ

Uzun müddət hökm sürən anomal istilərdən sonra havanın temperaturu avqustun 21-dən başlayaraq enəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 21-dən sonra temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək və iqlim normasına yaxınlaşacaq.

Yaxın 2-3 gün ərzində, havanın temperaturu gündüz 32-35 dərəcədən yüksək olmayacaq. Eyni zamanda şimal küləyi güclənəcək.

Avqustun 21-i, 22-si, 23-ü əsasən gecə və səhər saatlarında şimal küləyi artacaq, küləyin gücü saniyədə 15-20 metr, bəzi ərazilərdə isə 25 metr olacaq.

Azərbaycanın digər ərazilərində də havanın temperaturu enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə