Penitensiar müəssisələrə başçəkmə həyata keçirilib

Penitensiar müəssisələrə başçəkmə həyata keçirilib

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasına və 3 saylı İstintaq təcridxanasına uzunmüddətli başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş məlumatların araşdırılması, saxlanılma şəraiti və məhkumlarla rəftar vəziyyətinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Fakültativ protokolun tələblərinə uyğun olaraq həbsxana və təcridxananın bütün obyektlərinə, o cümlədən cərimə təcridxanasına, karantin otaqlarına, bütün korpuslarda məhkumların saxlama kameralarına baxış keçirilib, bir çox məhkumlar fərdi qaydada qəbul edilmiş, lazımi sənədlər və qeydiyyat kitabları öyrənilib.

Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə