Cari ilin son üç ayında "Zərdab" Elektrik Şəbəkəsi Müəssisəsində yenidənqurma və təmir-tikinti işləri aparılıb. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəbəkəyə yeni qoşulan abonentlər üçün 70 ədəd birfazlı sayğac quraşdırılıb və transformator məntəqələri təftiş edilib.
Bıçaqçı kəndində abonentlərə xidmət göstərən 250 kilovat-amper gücündə transformator yenisi ilə əvəz olunub.
Körpükənd, Gəlmə, Seyidlər və Xanməmməd kəndlərində ümumilikdə 5 transformator təmir edilib.
Müəssisənin kollektivi payız-qış mövsümünə ciddi hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB