Gəncənin nümayəndə heyəti Varna şəhərində olub

Gəncənin nümayəndə heyəti Varna şəhərində olub

Ənənəvi olaraq hər il avqustun 15-də Bolqarıstanın Varna şəhərinin əhalisi "Şəhər günü"nü qeyd edir. Növbəti bayram tədbirində Gəncənin nümayəndə heyəti də iştirak edib.

Bayram şənliklərindən əvvəl şəhər meriyasında keçirilən görüşdə Gəncə nümayəndə heyətinin üzvləri, şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov və YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilmiş Gəncə haqqında ətraflı məlumat veriblər.

Görüşdə Gəncə ilə Varna şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Varna şəhərinin meri İvan Portnihə üzərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin portreti olan xalça hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə