Gəncədə Kompleks Təlim Proqramının açılış mərasimi keçirilib

Gəncədə Kompleks Təlim Proqramının açılış mərasimi keçirilib

"Azərsu" ASC-nin "Regional Təlim-İnkişaf Proqramı-1" layihəsi çərçivəsində Kompleks Təlim Planının icrasına başlanılıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu prosesin davamı olaraq Gəncədə Kompleks Təlim Proqramının açılış mərasimi keçirilib. 2013-cü ildə mütəxəssislərin 937 nəfəri daxili, 165 nəfəri isə Türkiyə, Avstriya, Filippin, Yaponiya və Sinqapurda təşkil olunan təlimlərə cəlb olunub. Hazırda Qərb bölgəsini əhatə edən və mərkəz olaraq Gəncə şəhərinin seçildiyi 11 şəhər və rayon - Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Naftalan, Qazax, Samux, Şəmkir və Tovuz üzrə təlimlərə sabahdan etibarən start veriləcək. Ümumilikdə 1500 nəfərə yaxın işçiyə kadrlar üzrə mütəxəssis, mühasib, kompyuter operatoru, kommersiya qrup rəhbəri, mühəndis, sahə rəisi, usta, su kəməri təsərrüfatında nəzarətçi, təmirçi çilingər kimi 9 istiqamət üzrə təlimlərin verilməsi nəzərdə tutulub. Gəncədə keçiriləcək təlimlər isə Azərbaycan Texnologiya Universitetində təşkil olunacaq.

Qeyd edək ki, interaktiv diskussiya və praktiki məşğələlər formatında həyata keçiriləcək təlimləri müvəffəqiyyətlə başa vuran işçilər sonda "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcək.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com