İstintaq Təcridxanasında araşdırma aparılıb

İstintaq Təcridxanasında araşdırma aparılıb

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Ərşad İbrahimovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanma şəraiti ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciəti Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən yerində araşdırıblar. Aparatdan SİA-ya verilən xəbərə görə, saxlanılan şəxslə təkbətək görüş zamanı o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında əvvəl saxlandığı kamerada sıxlıq olduğundan və səhhətindəki problemlə bağlı hava çatışmazlığı ilə bağlı qaldırdığı məsələnin artıq müəssisə rəhbərliyi tərəfindən müsbət həll edilərək, kamerasının dəyişdirildiyini bildirib.

Ə.İbrahimov hazırda heç bir probleminin olmadığını, saxlanıldığı kamerada şəraitin normal olduğunu, təcridxananın ümumi şəraitindən və əməkdaşların ona qarşı rəftarından heç bir narazılığının olmadığını söyləyib. O, habelə Müvəkkilə məsələyə operativ münasibət bildirdiyi üçün təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə