ARGTMŞ-nın sədri Moldovanın gənclər və idman naziri ilə görüşüb

ARGTMŞ-nın sədri Moldovanın gənclər və idman naziri ilə görüşüb

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində qurumun sədri Şahin Seyidzadə və Moldovanın Gənclər və İdman naziri Oktavian Bodiştyanu, Moldovanın Gənclər və İdman nazirliyinin Beynəlxalq əlaqələr söbəsinin müdiri Andrey Nikolenko arasında işgüzar görüş keçirilib. SİA-nın məlukatına görə, görüş zamanı ARGTMŞ-nın sədri Moldova rəsmilərinə təşkilatın fəaliyyəti barəsində məlumat verilib. Təşkilatın 3G strategiyası və onun gənclər təşkilatları institutunun gücləndirilməsi, gənclərin yerli və beynəlxalq səviyyədə əməkdaşlığının təmin olunması və gənclər siyasətinə dəstək istiqamətləri üzrə görülən işlərdən danışıb.

Görüşdə həmçinin hər iki ölkənin gənclər və gənclər təşkilatlarının əməkdaşlıq əlaqələrinin qurulması və daha da gücləndirilməsi mövzusuna da toxunulub. Şahin Seyidzadə Moldovanın Gənclər Təşkilatları Milli Şurası ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin olduğu, artıq bir sıra qarşılıqlı səfərlərin həyata keçirildiyini və birgə fəaliyyətlərin planlaşdırıldığını vurğulayıb. Görüşün sonunda Moldova rəsmiləri əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, hər iki ölkənin gəncləri arasında təcrübə mübadiləsi aparılması məqsədi ilə ARGTMŞ-nın sədrini Moldova Respublikasına dəvət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə