ARGTMŞ sədri moldovalı nazirlə görüşdü

ARGTMŞ sədri moldovalı nazirlə görüşdü

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə və Moldovanın gənclər və idman naziri Oktavian Bodiştyanu arasında işgüzar görüş keçirilib. SİA-nın xəbərinə görə, ARGTMŞ ofisində baş tutan görüşdə Moldovanın Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr söbəsinin müdiri Andrey Nikolenko da iştirak edib.

Görüş zamanı ARGTMŞ-nın sədri Moldova rəsmilərinə təşkilatın fəaliyyəti barəsində məlumat verilib. Təşkilatın 3G strategiyası və onun gənclər təşkilatları institutunun gücləndirilməsi, gənclərin yerli və beynəlxalq səviyyədə əməkdaşlığının təmin olunması və gənclər siyasətinə dəstək istiqamətləri üzrə görülən işlərdən danışıb.

Görüşdə həmçinin hər iki ölkənin gənclər və gənclər təşkilatlarının əməkdaşlıq əlaqələrinin qurulması və daha da gücləndirilməsi mövzusuna da toxunulub. Şahin Seyidzadə Moldovanın Gənclər Təşkilatları Milli Şurası ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin olduğu, artıq bir sıra qarşılıqlı səfərlərin həyata keçirildiyini və birgə fəaliyyətlərin planlaşdırıldığını vurğulayıb. Görüşün sonunda Moldova rəsmiləri əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, hər iki ölkənin gəncləri arasında təcrübə mübadiləsi aparılması məqsədi ilə ARGTMŞ-nın sədrini Moldovaya dəvət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə