Sabah 41 dərəcə isti olacaq PROQNOZ

Sabah 41 dərəcə isti olacaq PROQNOZ

Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Havanın temperaturu gecə 24-28, gündüz 36-39, yarımadanın bəzi yerlərində 41 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 15-19, gündüz 27-32 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə