Bu ilin son üç ayında "Sumqayıt" Yüksəkgərginlikli Elektrik Şəbəkəsi Müəssisəsində yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu dövrdə Azərbaycan və Rusiya enerji sistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik "Yaşma" yarımstansiyasında texniki işlər görülüb. O cümlədən, gücü 240 meqavat amper olan 2 saylı avtotransformator, 330 və 220 kilovoltluq (kV) üç eleqaz açarı, "Yaşma" və "Xaçmaz" hava xətlərinin elektrik avadanlığı təmir olunub. Anoloji işlər 220 kV-lik "Sənaye Qovşağı", 110 kV-lik "Sumqayıt-3" və digər yarımstansiyalarda davam etdirilib.
Təməli 1964-cü ildə qoyulmuş bu müəssisə Sumqayıt istiqaməti ilə paralel olaraq, ölkəmizin şimal bölgəsinə, Abşeron yarımadasının bir hissəsinə, eləcə də Şamaxı-Qobustan rayonlarına elektrik enerjisi ötürülməsini həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB