19 avqust Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Ümumdünya Humanitar Yardım Günü elan edilib. SİA-nın xəbərinə görə, "World Vision International" humanitar təşkilatının Azərbaycan nümayəndəliyi Azərbaycana 1994-cü ildə, Dağlıq Qarabağ münaqişəsindən zərər görmüş insanlara humanitar yardım etmək üçün gəlib.
Təşkilatın ilkin vəzifəsi Ümumdünya Ərzaq Proqramının ərzaq yardımını ehtiyacı olanlar arasında paylanması idi. Belə yardımlar respublikanın 32 rayonunda çadırlarda, məktəblərdə, ictimai binalarda, yataqxanalarda məskunlaşmış təqribən 200 min insana paylanıb.
Azərbaycanda daha çox "Dünyaya Baxış" kimi tanınan "World Vision" humanitar təşkilatının məcburi köçkünlərin həyatlarının yaxşılaşdırılması yolunda fəaliyyətinin ən bariz nümunəsi Mingəçevir şəhərində tikilmiş məcburi köçkünlər üçün "Yeni Həyat" qəsəbəsidir. Bu qəsəbənin tikilməsi burada məskunlaşan 400-dən artıq ailənin həyatında müsbət dəyişikliklərin başlanğıcı olub.
"World Vision" beynəlxalq humanitar təşkilatı icmalarda təhlükəsiz mühit yaratmaq üçün çalışır və regionların inkişafına yardım edir. "World Vision International" Azərbaycandakı nümayəndəliyi bu il Ümumdünya Humanitar Yardım günün Azərbaycanda icra olunan iqtisadi inkişaf layihələrinə həsr edib.
"World Vision"-ın Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Şəki-Zaqatala İnkişaf Modeli" layihəsi bu regionda fermerlərin yeni texnologiyalar ilə tanışlığı üçün təlimlərin keçirilməsin nəzərdə tutur. Bu təlimlər nəticəsində fermerlərin təcrübələri və bacarıqları artacaq, əkində daha məhsuldar sortlardan istifadə ediləcək. Həmçinin bu regiondan olan gənclərə öz bizneslərinin açılması və inkişafı üçün biznes təlimlər keçiriləcək və kiçik qrantlar veriləcək.
"World Vision International"-ın bu təlimlər nəticəsində Şəki-Zaqatala regionunda 1500-ə yaxın fermer təlim və peşəkar aqronomlardan məsləhətlər alacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB