III Qadın Forumu keçirilib FOTO

Ağcabədi rayonunda GTM Qarabağ ofisinin əməkdaş olduğu "Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi" layihəsi çərçivəsində III Qadın Forumu keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, layihənin məqsədi,miqrant ərləri olan və gender əsaslı zorakılığın qurbanlarına çevrilən qadınlara xüsusi diqqət,sosial və iqtisadi hüquqlarının müdafiəsi,təşkilati və fərdi səlahiyyət fəaliyyətləri vasitəsilə məcburi köçkünlərin fonunda insanların səmərəli inteqrasiyası üçün əlverişli mühitin yaranmasına şərait yaratmaqdır. Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev, GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatının nümayəndələri və 70-ə yaxın layihənin hədəf qrupu olan qadınlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova layihə barədə geniş məlumat verərək bildirib ki " Şərqdə ilk qadınlara seçki hüququ verən ölkəmizdə bu gün qadınların cəmiyyətdə rəqabətədavamlı olması onların istər yerli ,istər beynəlxalq arenalarda vətənimizi təmsil etmələri olduqca müsbət haldır. Azərbaycan qadını Həcər kimi cəngavər, Sara xatun kimi diplomat, Tomris kimi kişi qeyrətlidir. Digər çıxış edənlər də layihənin bu günkü cəmiyyət üçün çox yararlı olduğunu vurğulayaraq,bu layihənin qadınların bir çox problemlərinin həll olunmasında əhəmiyyətli rol oynadığını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə