Müdafiə nazirləri Naxçıvanda "Əshabi-Kəhf"i ziyarət ediblər FOTOLAR

Müdafiə nazirləri Naxçıvanda "Əshabi-Kəhf"i ziyarət ediblər FOTOLAR

Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, cənab İrakli Alasaniya və cənab İsmət Yılmaz Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqlar Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri qoyublar. Sonra qonaqlar "Əshabi-Kəhf" ziyarətgahında olublar.

Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə