İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Abşeron rayonunda
- Məhəmmədi kəndində Elməddin Əliyevə məxsus mağazada;
- Digah qəsəbəsində Üzeyir İsgəndərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ- texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nizami rayonunda
- R.Rüstəmov küçəsi, 14 ünvanında Zərinə Sərdarovaya məxsus mağazada;
- C.Naxçıvanski küçəsi, 51 ünvanında Elşən Məmmədova məxsus mağazada;
- Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/44 ünvanında Mehdi İsgəndərova məxsus mağazada;
Şəki şəhərində
- S.Mümtaz küçəsində İmran İsmayılova məxsus mağazada;
Zərdab şəhərində
- H.B.Zərdabi küçəsində Samir İsayevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nərimanov rayonunda
- Təbriz küçəsi, 94 ünvanında Fazil Rüstəmova məxsus mağazada;
Nizami rayonunda
- T.Abbasov küçəsi, 9 ünvanında Elçin Şıxəliyevə məxsus mağazada;
Gəncə şəhərində
- N.Nərimanov prospektində Azad Qəribova və Kamil Mahmudova məxsus mağazalarda;
Zərdab şəhərində
- Füzuli küçəsində Solmaz Məmmədovaya məxsus mağazada;
Zaqatala rayonunda
- Muxax kəndində Mehman Qəniyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB