Azərbaycan Kanadadakı Beynəlxalq Daş Piramidasına xatirə hədiyyəsi təqdim edib
Kanadanın Karlton Pleys şəhərində bu şəhərin rəmzlərindən biri olan Beynəlxalq Daş Piramidasının açılış mərasimi olub. Tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirak edib.
Səfirlikdən bildiriblər ki, dünya ölkələrinin dostluğunun rəmzi kimi tanınan bu abidə yerli vətəndaşlar və səfirliklər tərəfindən ianə edilən daşlardan ibarətdir. 2014-cü ilədək piramidada yalnız 20 ölkədən - Cənubi Afrika, ABŞ, Meksika, Çin, Yaponiya, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Avstraliya, Polşa, Fransa, "Şotlandiya", Trinidad və Tobaqo, Keniya, Zimbabve, Kosta Rika, Belçika və İrlandiyadan daş parçaları var idi. Artıq bu ildən Azərbaycan da sözügedən abidəyə töhfə vermiş ölkələr siyahısındadır və ölkəmizin Qarabağ bölgəsindəki Quruçay vadisindən kobud çapma aləti bu abidədə yer almışdır.
Mərasimdə çıxış edən Karlton Pleys şəhərinin meri Vendi Löblan abidənin formalaşmasına töhfə vermiş 12 ölkə, o cümlədən Azərbaycana təşəkkürünü ifadə edib.
Tədbirdə iştirak edən səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin təqdim etdiyi daş parçasının detalları haqqında iştirakçılara məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB