Piylənmə xərçəngə tutulma riskini artırır

Piylənmə xərçəngə tutulma riskini artırır

Londonun gigiyena və tropik təbabət məktəbinin tədqiqatçıları belə qənaətə gəliblər ki, piylənmə xərçəngin bütün əsas növlərinə tutulma riskini artırır. Elə təkcə Böyük Britaniyada 12 mindən çox xərçəng xəstəliyinə tutulma halı piylənmə ilə bağlıdır. Artıq çəki probleminə qalib gəlmək mümkün olmasa, bu, bütün dünyada onkoloji xəstəliklərin sürətlə artmasına səbəb ola bilər.

BBC xəbər verir ki, tədqiqatçılar adaların 5 milyon sakininin tibbi məlumatlarını araşdırıblar. Məlum olub ki, 13-16 kiloqram artıq çəki öd kisəsi, uşaqlıq, qalxanabənzər vəzi xərçənginin və qan xərçənginin (leykozun) inkişafı riskini artırır.

Xərçəngin səbəbləri irsilikdən tutmuş xarici mühit faktorlarınadək çox müxtəlif ola bilər. Həyat tərzi və qidalanma da şişin formalaşmasında mühüm rol oynayır. Lakin alimlər əminliklə bildirirlər ki, bu problemə sağlamlıqla bağlı yaxınlaşan problemlər tərəfdən baxılarsa, öz formanı izləmək elə də çətin deyil.

Qeyd edək ki, indiyədək belə genişmiqyaslı tədqiqatlar aparılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə