Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza İdarəsinə Bakı Abadlıq Xidməti MMC tərəfindən Nəsimi rayonu, 20 Yanvar küçəsi 22B və Asəf Məhərrəmov küçəsi 2/51 ünvanlarda abadlıq işlərinin aparılması məqsədilə ərazidə təhlükə yaradan ağaclara müvafiq rəyin bildirilməsi üçün müraciət edilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin ərazidəki iri gövdəli ağacların budanmasına rəy verilib. Lakin avqustun 12-də ETSN-yə həmin ünvanda ağacların qanunsuz olaraq kəsilməsi barədə şikayət ərizəsi daxil olub. Şikayət nazirliyin əməkdaşları və IDEA kampaniyasının nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyinə əməl olunmadan ümumilikdə 5 ədəd ağacın Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq hüquqi şəxs qismində 40 min manat məbləğində cərimə edilib.
Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Tətbiq edilmiş cərimənin ödətdirilməsi üçün müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB