"Ölkə başçısı ilk səfərlərini Azərbaycana edəcək"

Türkiyə mətbuatı bunu qardaşlıq nümunəsi kimi dəyərləndirib
"Ölkə başçısı ilk səfərlərini Azərbaycana edəcək"

"Haber Türk" TV Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Türkiyə dövlət başçılarının prezident kimi ilk səfərlərinin ölkəmizə edilməsi barədə maraqlı reportaj yayıb.

Ölkə mətbuatı yeni seçilmiş prezidentlərin ilk səfərinin Azərbaycana edilməsini dəyərli ənənə kimi qiymətləndirərək yazır ki, bu adət əsl qardaşlıq nümunəsidir.

Xatırladaq ki, Türkiyənin Baş naziri, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycana edəcəyi barədə açıqlama verib.

"Haber Türk" TV-nin bəhs etdiyimiz reportajı sosial şəbəkədə də maraqla paylaşılır.

Bütün xəbərlər Facebook səhifəmizdə