Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Nəsimi rayonunda nadir ağacların kəsilməsi ilə bağlı məsələyə müdaxilə edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır, ağacların kəsilməsində günahkarlar cəzalandırılıblar.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu məsələyə kəskin reaksiya verib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB