Son günlər havaların isti keçməsi qərb bölgəsində ilanların fəallaşmasına səbəb olub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bu gün Tovuz və Qazax rayonunda ilan sancma hadisəsi baş verib.
Fəallaşan sürünənlər iki nəfəri sancıb. Bir neçə gün öncə 11-ci sinif şagirdinə hücum edən sürünən, bu dəfə Qazax rayonun ermənilər tərəfindən işğal olun Əskipara kənd sakini 56 yaşlı Əsmayə Cumayevanın əlindən dişləyib. Kür çayının sahillərində becərilən günəbaxan sahəsində məhsul yığarkən 2 uşaq anasını zəhərli ilan sancıb.
Daha bir ilan sancma hadisəsi Tovuz rayonunda baş verib. Rayon sakini Səxavət Hüseynovu öz həyətlərində dabanından ilan çalıb. Hər iki zərərçəkən Tovuz rayon Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi qiymətləndirir.
Kamran Əskiparalı, Tovuz-Qazax
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB