Beylor Universitetinin (Texas, ABŞ) mütəxəssisləri müəyyən etmişlər ki, əriştədən müntəzəm istifadə edilməsi kardiometabolik sindromun inkişafına gətirib çıxarır. Bu, ürək-damar, şəkərli diabet xəstəliklərində özünü büruzə verir. Asiyada tez hazırlanan əriştə daha populyardır. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, cənubi Koreyada tibb işçiləri öz pasiyentləri arasında şəkərli diabet və stenokardiya diaqnozlarını daha tez-tez müəyyən edirlər. Bu xəstəliklər piylənmənin və düzgün həyat tərzi keçirilməməsinin nəticələridir. Şəkərli diabetin olması insan ömrünü xeyli azaldır və metabolik, damar pozğunluqlarından vaxtsız ölümə gətirib çıxarır.
Tibb işçiləri əriştənin həftədə iki dəfədən çox istifadə olunmasını məsləhət görmürlər. Bu ərzağın iki təhlükə faktoru vardır. Birincisi, acı ədviyyat və əriştənin özünün kaloriliyidir. Tez hazırlanan əriştədən müntəzəm istifadə edən insan acı ədviyyatdan asanlıqla qastrit və karbohidrat çoxluğundan diabet xəstəliklərinə tutula bilər. İkinci faktor əriştənin dəmə vurulduğu plastik qabdır. Plastik kütlə ilə qaynar suyun reaksiyasından insan orqanizminə ziyan vuran təhlükəli birləşmələr əmələ gəlir.
Həmçinin qeyd etmək lazımdır ki, qadınlar arasında xəstəliyə tutulma riski kişilərinkindən iki dəfə yüksəkdir. Yəqin ki, bu, həzm sisteminin zəif olması və potensial təhlükəli ərzaqları həzm edə bilməməsi ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB