Tovuzun düşmənlə təmas xəttində yerləşən Əlibəyli kəndinin otlaq sahəsində güclü yanğın baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Tovuzun Ermənistanla sərhəd Əlibəyli kəndi ərazisində axşam saatlarında güclü yanğın olub. Dağlıq ərazidə baş verən hadisə zamanı daha çox quru otlaq sahələri və kol-kos alışıb. Hadisə yerinə dərhal Tovuz Yanğından Mühafizə Hissəinin canlı qüvvəsi çağrılıb. Yanğın dağlıq ərazidə olduğundan yanğınsöndürənlər alovu ram etməkdə çətinlik çəkiblər. Amma buna baxmayaraq yanğını söndürmək mümkün olub.
Qeyd edək ki,hadisəyə ilkin səbəb kimi su qabaının günəş şüasından alışması göstərilir. Ərazidə bulaq olduğundan sakinlər buraya istirahətə gəlir və yeyib içmək yekunlaşdıqdan sonra boş şüşə və kapron qablar məhz bu ərazilərə atılır.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB