Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvana gəliblər. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, günün ikinci yarısında Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmazın da Naxçıvana gəlişi gözlənilir.
Avqustun 19-dək davam edəcək səfər zamanı müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşü, nazirlər arasında üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələrinin ziyarət olunması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB