Cari ilin 1 iyul tarixinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən "Xalq" fəxri adına görə 161 nəfərə, "Əməkdar" fəxri adına görə 1781 nəfərə Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdü təyin olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidentinin 26 avqust 2013-cü il tarixli Sərəncamına əsasən, fəxri adlara görə aylıq təqaüdlərin məbləği ötən ilin 01 sentyabrından iki dəfə artırılıb. Həmin fəxri adları alan şəxslər Prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatlarında işlədikləri həmin təşkilatlar, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda rayon (şəhər) ƏSMM-ləri tərəfindən təmin olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB