Təmir olunan yol açıldı sürücülərin nəzərinə

Təmir olunan yol açıldı sürücülərin nəzərinə

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti açılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən xəbərə görə, Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində və Bülbül prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri tamamlandığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə