Erməni silahlı bölmələri atəşkəsi yenidən pozub

Erməni silahlı bölmələri atəşkəsi yenidən pozub

Ermənistan ordusunun dəstələri cəbhə xəttində atəşkəsi yenidən pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə