Lənkəranda gənc sərhədçilərin andiçmə mərasimi keçirilib FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin Hərbi Andı qəbul etmələri münasibətilə tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə dəstənin komandiri, polkovnik Zaur Zeynalov çıxış edərək ölkəmizdə hərbi quruculuq sahəsində görülən tədbirlərdən danışıb, Hərbi Andı qəbul edən sərhədçi əsgərlərə Vətən sərhədlərinin qorunmasında müvəffəqiyyətlər arzulayıb.
Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust gününün Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı günü kimi təsis edildiyini həmin gün təkcə Azərbaycan sərhədçiləri üçün deyil, bütün xalqımız üçün əlamətdar günlərdən biridir. Dövlətçiliyin mühüm atributlarından sayılan dövlət sərhədinin mövcudluğu və onun öz əsgərləri tərəfindən qorunması dövlət müstəqilliyinin göstəricilərdən sayılır. Natiq daha sonra sərhəd qoşunlarının formalaşması və inkişafına göstərilən dövlət qayğısından söz açıb. Mərasim iştirakçılarına Azərbaycanda dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı istiqamətində görülən işlər haqqında geniş məlumat verilib. Tədbirdə Hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Eldəniz Zeynalovun Sərhəd Qoşunlarının yaranmasının 95-ci ildönümü münasibətilə məruzəsi dinlənilib.
Hərbi hissənin "Döyüş bayrağı" meydana gətirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin şəxsi heyətə ünvanladığı təbrik teleqramı oxunub.
Mərasimdə çıxış edən gənc əsgərlər və onların valideylərindən Həsənəli Əzimov,Sara Məhəmmədova, Vilayət Əhmədov və başqaları şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik edərək Vətənimizin müqəddəs sərhədlərinin qorunmasında gənc əsgərlərə uğurlar arzulayıblar.
Mərasim başa çatdıqdan sonra gənc əsgərlərin valideynləri ilə görüşü olub.
Sərraf Mirsəfəroğlu





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB