Murmanskiy vestnik” həmyerlimiz haqqında yazıb: “Yay inciləri. Qarpız alın, özüm də yeyirəm”!

Murmanskiy vestnik” həmyerlimiz haqqında yazıb: “Yay inciləri. Qarpız alın, özüm də yeyirəm”!

Murmansk Vilayət hökuməti və Murmansk Vilayət Duması tərəfindən təsis edilmiş gündəlik "Murmanskiy vestnik" qəzeti həmvətənlərimizi sevindirib. Belə ki, qəzet bu günlərdə "Yay inciləri". Qarpız alın, özüm də yeyirəm!" sərlövhəli məqalə həmyerlimiz Mehman Nəsirov haqqındadır. Qeyd edək ki, gündəlik qəzet M. Nəsirovdan birinci dəfə yazmır.

Məqalədə bildirilir ki, bazarda qarpız və yemişin ətrindən bilmək olur ki, yay mövsümü start götürüb. Mağaza və köşklərdə qoyulan qiymətlər qışdakından çox fərqlənir. Satıcılar müştəriləri inandırırlar ki, lap yaxın günlərdə çeşidlər daha çox olacaqdır. Amma, meyvə-tərəvəz bumu başlanıb. Ancaq öz sağlamlığını bərpa etməyə hamı tələsmir, ona görə ki, kiçik şimal məhsulu hələ qurtarmayıb. Zapolyaryeyə məhsulu isti ölkələrdən gətirirlər. Adəti üzrə gətirilmiş yay incilərinin coğrafiyası əsasən Azərbaycan, Özbəkistan respublikaları, bizim Krasnodar diyarıdır. Ancaq qarpız bütöv halda satılmalıdır, əks hal sanitar normalarına ziddir. Ona görə ərzağı kəsməyi xahiş etməyin, qarpızın rəngini görmək kifayət edir.

- Mən özüm cənubluyam, hansı məhsulun nə vaxt əkilib-becərildiyini, biçildiyini bilirəm. Ona görə indiki vaxtda məhsulun tədarükünə təəccüblənmirəm. Amma, lazım gəlir ki, müştərilərə aydınlaşdırım: Özbəkistan qarpızı alıb yemək üçün hələ lap tez deyildir. - deyə Murmansk şəhəri Leninskiy bazarındakı çadırın satıcısı Natalya Каbаnоvа deyir:

- Heç siz gördünüzmü çiyələyə nə qədər adam növbəyə durmuşdu! İndiyədək soruşurlar ki, görəsən bir də çiyələk olacaq? Amma, Kuban çiyələyi mövsümü başa çatıb. Əgər indi bazalarda olsa, o da xaricdən gətirilmədir. Azərbaycandan bizə gilas gətirirlər. Sonra gəlir qara gavalı, üzüm, iri alma, daha indiki kimi "noxud" boyda yox. Hal-hazırda Özbəkistan əriyi, şaftalısı və nektarini satılır.

- Qarpız alın, mən özüm də yeyirəm! – deyə xeyirxah xasiyyətli Mehman alıcıları səsləyir, hansı ki, onu "köhnə bazarda Mişa" deyə çağırırlar.
- Bizim məhsuldan heç kim zəhərlənməyib. Ona görə ki, hər il bütün çeşidli məhsullara araşdırma aparılır, yoxlanılır. Və bütün sərhəddə yoxlayırlar, pis heç nə tapmırlar...

"Murmanskiy vestnik" daha sonra yazır: "Ərzağın təhlükəsizliyini təsdiq edən sənədləri xahiş edəndə dedi ki, həkimlər artıq nümunələri götürüblər, kağızları, nəticələri hələ verməyiblər".

Qeyd edək ki, qəzetdə adı çəkilən Mehman Gülağa oğlu Nəsirov Azərbaycan əsillidir. Masallı rayonunun Yeddioymaq kənd inzibati ərazi dairəsinin Qasımlı kəndində doğulub. Murmanskda həmyerlilərimiz arasında nümunəvi sahibkar kimi tanınır.

Daha sonra qəzet Mehmanın faktlarını təsdiqləyir.

- Qarpız və yemişi bu yaxınlarda gətiriblər, ona görə də əlavə müayinələrin nəticələri hələ hazır deyil.

"Leninskiy" bazarının icraçı direktoru Olqa Qonçarova belə deyir: "Bu satıcılar birinci il deyil ki, bizim bazarda alver edir və təhlili məhsulları müntəzəm olaraq verirlər. Bu onlar və bizim üçün rahatdır. Qəhrəman şəhər Murmansk administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə iqtisadi inkişafın şəhər komitəsi istehlak bazarını vaxtaşırı tənzimləyir. Qida məhsullarının hamısına xüsusi diqqət yetirilir. Bütün işləri ciddi izləyirik".

Hörmətli oxucular, biz sizə "Murmanskiy vestnik" qəzetində çap olunan bir yazıdan bəhs etdik. Həmyerlilərimizin uğurlarından bəhs edən belə yazıları tez-tez təqdim edəcəyik.

Əlihüseyn ŞÜKÜROV

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, Azərbaycan Jurnalistlər Birliyi və Rusiya Jurnalistlər İttifaqının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə