Dövlət Sərhəd Xidməti Şəmkir Sərhəd Dəstəsinin yaradılmasının 20 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbir hərbi hissənin döyüş bayrağının meydana gətirilməsi və Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sərhəd Dəstəsinin komandiri, polkovnik Səmid Cəfərov ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sərhəd strategiyasının uğurla icra olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 20 il əvvəl "peşə məktəbi ərazisi" adlanan bu yerdə yaradılan Şəmkir Sərhəd Dəstəsi bu gün ən müasir infrastrukturla təmin edilərək mükəmməl hərbi hissəyə çevrilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik edib, onlara şərəfli işlərində bundan sonra da uğurlar arzulayıb.
Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov ölkəmizdə həyata keçirilən hərbi islahatların nəticəsi olaraq qazanılan nailiyyətlərdən danışıb.
Sonda dövlət sərhədlərinin mühafizəsində fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərmanlar, döş nişanları və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir şəxsi heyətin nizamlı addımlarla tribuna önündən keçməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB