Goranboyda Heydər Əliyev Mərkəzində daha bir nikah mərasimi

Goranboyda Heydər Əliyev Mərkəzində daha bir nikah mərasimi

Goranboy rayonunda ailə quran gənclərin nikah mərasimlərini bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçirmələri artıq ənənəyə çevrilib.

Avqustun 15-də burada daha bir mərasim reallaşıb. Goranboy sakini Arif Quliyev ilə Kəlbəcər rayonundan olan məcburi köçkün Fərqanə Müseyibova gələcək xoşbəxt ailə həyatlarını bu məkanda rəsmiləşdiriblər.

Mərasimdən əvvəl Mərkəzlə tanış olan gənclər burada Ulu Öndərin həyatını, ictimai-siyasi fəaliyyətini, xarici ölkələrə rəsmi səfərlərini və müstəqil respublikamızın son illərdə qazandığı nailiyyətləri əks etdirən bölmələrə baxmışlar.

Sonra hər iki gəncin yaxın qohumlarının iştirakı ilə nikah mərasiminə başlanılıb.

Goranboy rayonu rəhbərliyinin də iştirak etdiyi nikah rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirildikdən sonra gənclərə yeni ailə həyatında uğurlar arzulanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə