Zakir Həsənov Anjey Kaspşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib

Zakir Həsənov Anjey Kaspşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə