Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qax şəhərində növbəti vətəndaş qəbulu keçirəcək. Komitədən SİA-ya verilən məlumata görə, qəbul avqust ayının 22-də saat 11:00-da Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Qax, Zaqatala, Balakən və Şəki rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB