Rusiyada yaşayan həmyerlimiz göstərdiyi xidmətlərə görə təşəkkür məktubu alıb

Rusiyada yaşayan həmyerlimiz göstərdiyi xidmətlərə görə təşəkkür məktubu alıb

Rusiya Federasiyasında yaşayan, bu ölkədə Azərbaycan və azərbaycanlılar haqqında müsbət fikir formalaşdıran insanlardan biri, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyevə xüsusi təşəkkür məktubu təqdim edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, ÜAK-ın Moskva vilayəti üzrə regional nümayəndəliyi Azərbaycan diasporu üçün deyil, eyni zamanda yerli əhali üçün böyük işlər görür. Belə ki, Domodedovo şəhərindəki Azərbaycan diasporu cəmiyyətin iqtisadi, siyasi və sosial həyatında aktiv iştirak edir və şəhərin inkişafında əhəmiyyətli rola malikdir. Bu səbəbdən həm Azərbaycan diasporunun ayrı-ayrı təmsilçiləri, həm də Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin rəhbərliyi dəfələrlə şəhər rəhbərliyinin mükafat və fəxri diplomlarına layiq görülüb. Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin rəhbəri, özəl inşaat firmasının kommersiya direktoru Araz Mürsəliyev isə Rusiya inşaatçılar günündə mükafatlandırılıb. Araz Mürsəliyevə vilayətin inkişafına və çiçəklənməsinə verdiyi töhfələrə görə Moskva vilayətinin tikinti naziri Marina Oqlobinanın adından xüsusi təşəkkürnamə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə